"Oxu günü"nə həsr olunmuş tədbir keçirildi

28 Aprel tarixində liseyin kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə Beynəlxalq "Oxu günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə yalnız ana dilində deyil, ingilis və rus dilində mütaliə olunmuş əsərlərdən səhnələşdirilmiş parçalar liseyin şagirdlərinin təqdimatında izlənildi.5a, 5b, 6a, 8c, 9a sinif şagirdləri tədbir iştirakçılarına "Qırmızı papaq" nağılı, ingiliscə "Arşın mal alan", ingiliscə "Çirkin və bədheybət" M.Ə.Sabirin satirasi əsasında səhnələşdirilmiş parçanı isə Azərbaycan dilində izləməyi, zövq almağı, nağıl aləminə səyahət etmək kimi gözəl bir hiss yaşatmağa müvəffəq oldular.Tədbirin sonunda liseyin direktoru Ülviyyə İsmayılova şagirdlərə gözəl tədbir üçün təşəkkür etdi və zalda kiçik sorğu keçirtdi. Şagirdlər oxuduqları əsərlər, onların müəllifləri haqqlnda məlumat verib digər şagirdlərə tövsiyyə etdillər. Şagirdlərin dünya və Azərbaycan ədəbiyyatının incilərinə bələd olması liseyin rəhbərliyi və müəllimlər tərəfindən alqışlandı.