"Heydər Əliyev və Azərbaycan Təhsili"

27.04.2023-cü il tarixdə 16 Nömrəli Texniki-Humanitar Liseydə tarix müəllimi Səfa Allahyarovanın təşkilatçılığı ilə 7L sinfində Heydər Əliyevin 100 illiyi çərçivəsində "Heydər Əliyev və Azərbaycan təhsili" haqqında dəyirmi masa təşkil olunub. S.Allahyarova Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra təhsilin inkişafına verdiyi böyük önəmdən danışıb: "Keçmiş Sovetlər dövründə təhsilin tərrəqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Daha sonra şagirdlər araşdırmalarına əsasən qeyd ediblər ki, təkcə paytaxtmızda deyil, respublikamızın ucaqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikilib. Heydər Əliyevin hakimiyytə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirib. Təhsil işçiləri , ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olunubar. Həmçinin təhsilin inkişafı ölkənin iqtisadiyyatının güclənməsinə təkan verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi