"Texnoloji gələcəyi qur - Robototexnika və mühəndislik laboratoriyası" layihəsinin bağlanış mərasimi oldu

20 aprel 2023-ci il tarixidə 16 nömrəli Texniki-Humanitar Liseydə VI Qrant Müsabiqənin qalibi olan "Texnoloji gələcəyi qur - Robototexnika və mühəndislik Laboratoriyası" layihəsinin bağlanışı oldu. Layihədə 5 əməkdaş məktəb: 30 №li TOM, 61№li, 2 №li THL, 70 №li və MLK-nın direktor və müəllim heyəti, həmçinin Mars Akademy 0-nın direktoru İlyas Kərimov, layihədə iştirak edən təlimçilər, iştirakçı şagirdlər, valideynlər iştirak etdilər. Liseyin direktoru Ü.İsmayılova layihənin zamanın tələbinə uyğun olduğunu, şagird və müəllimlər üçün yeni bilik və bacarıqlar, yeni imkanlar açdığını vurğuladı. Qonaqlardan İ.Kərimov, 30 nömrəli əməkdaş məktəbin direktoru H.Mahmudova, müəllimlər və valideynlər çıxış edib, qeyd etdilər ki, layihə fəaliyyətləri prosesində uşaqlar problemi müəyyənləşdirməyi və formalaşdırmağı, lazımi məlumatları təcrid etməyi və təhlil etməyi, müəyyən edilmiş problemin həlli yollarını tapmağı öyrəndilər. Layihə zamanı fəaliyyətləri üçün məqsədlər qoymağı və onu planlaşdırmağı öyrəndilər (həm müstəqil, həm də işçi qrupunun bir hissəsi kimi), layihə məhsulunu hazırlamaq, təqdim etmək və müdafiə etmək kimi səriştələri qazandılar və tətbiq etməyə çalışdılar.
Sonda, şagirdlər sertifikatlarla təltif olunub və xatirə şəkillər çəkildi.