"Milli dəyərlərimizi unutmayaq"

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu məqsədlə liseyimizdə 26.04.2023-cü il tarixdə "Milli dəyərlərimizi unutmayaq" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra 10A sinif şagirdi Nurcan Sandal Azərbaycanımızın milli adət-ənənələrindən bəhs edərək tədbirdə iştirak edən qonaqları məlumatlandırdı. Tədbirdə Pedoqoji Universitetinin müəllimləri - dosent İradə Kərimova "Ana dili haqqında", professor Həcər Hüseynova - "Uşaq və gənclərdə vətənpərvərlik tərbiyəsi",
Dosent Sevinc Sadıqova - "Azərbaycan milli mentalitetində normalar" haqqında məruzələrlə çıxış etdilər. Daha sonra İbtidai sinif müəllimi Türkan Əliyeva, azərbaycan dili və ədəbiyyatı müəllimi Afaq Nəbiyeva, İlhamə Cabbarova, Gülmira Hüseynova, tarix müəllimi Səfa Allahyarova 3A, 5L, 8C, 8D, 9D sinif şagirdlərininin simasında layla və nazlama, elçilik və xınayaxdı səhnələrini canlandırıb, xalqımıza məxsus təamlardan və mədəniyyət abidələrimizdən bəhs etdilər. Tədbir 6C sinif şagirdləri Aytən Həsənova və Yasin Orucovun rəqsi ilə yekunlaşdı.