"Narkomaniyaya qarşı mübarizə" sahəsində maarifləndirmə tədbiri keçirildi.

25.04.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində 16 Nömrəli Texniki Humanitar Liseydə tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev, Nəsimi rayon polis idarəsinin əməkdaşları, məktəbin direktoru və yuxarı sinif şagirdləri iştirak ediblər. İlk öncə məktəbin direktoru Ülviyyə İsmayılova "Ağ Ölüm"ün ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Daha sonra polkovnik M.Mirbabayev çıxış edərək narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan tədbirlər barədə məktəblilərə geniş məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi