7A sinfi "Qız qalası", “Mərkəzi Kitabxana”, “Arxeologiya və Etnoqrafiya" muzeyində

19.04.2023-il tarixdə 16 Nömrəli Texniki-Humanitar liseyin tarix müəllimi Gülnarə Abidi və kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə 7A sinfi “Tarixi abidələrin mühafizə günü” ilə əlaqədar "Qız qalasına", “Mərkəzi Kitabxana”ya və “Arxeologiya və Etnoqrafiya Muzeyi”nə ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlərə "Qız qalası" və muzey haqqında maraqlı məlumatlar verilib.Şagirdlərimiz kitabxanaya üzv olub maraqlı kitablar əldə ediblər.