1 Mart - Ümumdünya Mülki Müdafiə Günü - Nümunəvi dərslər

10.04.2023-cü il tarixdə 16 Nömrəli Texniki-Humanitar Liseyin 5A sinfinin rəhbəri Sevil Orucova, 5B sinfinin rəhbəri Fidan Nəcəfova, 5L sinfinin rəhbəri Afaq Nəbiyeva , 6A sinifinin rəhbəri Şəhla Vəliyevanın təşkilatçılığı ilə liseydə Mülki Müdafiə ilə əlaqədar nümunəvi dərslər keçirilib. Maarifləndirici və təbliğat xarakterli tədbirlərin məqsədi şagirdlərin yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə köməklik göstərilməsi olub. Daha sonra Şagirdlər hazırladıqları təqdimatlarla öz fikirlərini ifadə ediblər.