31 Mart - Azərbaycanlıların Soyqırım Günü

Liseyimizdə 31 mart soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yad olundu. 8 C sinfində müzakirə formatında keçirilən tədbirdə Tarix müəllimi Səfa Allahyarova 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın və qanlı cinayətlər haqqında ətraflı məlumat verib. Daha sonra soyqırım haqqında müxtəlif təqdimatlar hazırlayan şagirdlər soyqırım zamanı mədəniyyət abidələrimizin (Bakıda İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binası, XIV əsrdə tikilmiş Keyqubad məscidi) məhv edilməsini də vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi