31 Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar xüsusi dərs keçirildi.

31 Mart Soyqırımı ilə əlaqədar liseyimizin 5A sinfinin azərbaycan dili və ədəbiyyat müəllimi Gülmira Hüseynova birinci saatda xüsusi dərs keçdi. İlk öncə soyqırımda şəhid olanlar bir dəqiqəlik sükutla yad edildi. G.Hüseynova 1918-ci il martın 30-da Bakıda gecədən başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda 12 minə yaxın azərbaycanlı qətlə yetirildiyini, 10 minlərlə insanın itkin düşdüyünü, həmçinin bir çox önəmli tikililərə və tarixi abidələrə od vurularaq yandırıldığnı qeyd etdi. Daha sonra şagirdlər Quba, Naxçıvan, Şamaxı və Lənkəranda törədilən soyqırımın slaydlarını təqdim edib öz fikirlərini bildirdilər.