"Tarix Yaradan Şəxsiyyət" adlı Bilik yarışması keçirildi.

28.03.2023-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə tarix müəllimi Səfa Allahyarovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarix Yaradan Şəxsiyyət” adlı Bilik yarışması keçirilib. Yarışmada direktor, direktor müavinləri, müəllim heyəti və şagirdlər iştirak edib. Yarışma iki mərhələdən və üç komandadan ibarət təşkil edilib. Birinci mərhələ Əfşarlar, Qacarlar və Səfəvilər sülaləsinə həsr olunmuş suallardan, ikinci mərhələ isə Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna həsr olunmuş suallardan ibarət olub. Yarışmaçılar Əfşarlar, Qacarlar və Səfəvilər komandasına bölünərək iştirak ediblər. Sonda qalib komanda üzvlərinə diplomlar verilib.