"Baharın rəngləri" adlı İlaxır çərşənbə keçirildi

İlaxır çərşənbə həm də Torpaq çərşənbəsi adlanır. Sudan, havadan, günəşdən sonra bar-bəhərin, bərəkətin anası torpaq oyandığından İlaxır çərşənbə bəzi bölgələrimizdə Novruz bayramının özündən daha təntənəli keçirilir. Bu münasibətlə 14.03.2023-cü il tarixdə liseyimizdə "Baharın rəngləri" adlı şənlik keçirildi. Şənlikdə direktor, direktor müavinləri, müəllim heyəti və şagirdlər iştirak ediblər.