"Təqvim mifləri" mövzusunda xüsusi dərs keçirildi

10.03.2023 tarixində liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Hacıyeva 6”A” sinfində “Təqvim mifləri” mövzusunda xüsusi dərs keçdi. Mif anlayışı ilə tanış olan uşaqlar, miflərin növləri haqqında məlumatı maraqla dinlədilər. Daha sonra şagirdlər illərə ad qoyulması, Novruz bayramında çərşənbə gecəsi təbiətin yatması, mart ayının necə gah isti, gah soyuq keçməsi haqqında olan mifləri həm özləri səsləndirdilər, həm də müzakirə apardılar. Sonda kitabxana müdiri Rzayeva Samirə şagirdlərlə “Oxu vərdişlərinin artırılması və mütaliənin genişləndirilməsi” başlıqlı sorğu keçirdi. Sorğu zamanı şagirdlər “Mütaliə nədir?”, “Ən son oxuduğunuz kitab hansıdır?” və.s. kimi suallara cavab verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi