Liseyimizdə "Ümidli gələcək" adlı reproduktiv sağlamlıq adlı tədbir keçirildi

07.03.2023-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar liseydə təşkilat işləri üzrə direktor müavini Aytac Salahova və biologiya müəllimi Gülnarə Xəlilovanın təşkilatçılığı ilə “Ümidli gələcək” adlı "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində hazırlanan tədbir keçirildi. Məktəbin akt zalında təşkil olunmuş tədbirdə VIII-IX sinif şagirdləri iştirak etdi. Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Layihə çərçivəsində erkən nigah və qohumlararası nigahın insan həyatındakı fəsadlardan danışılıb, şagirdlərin maraqlı fikirləri dinlənildi.