İbtidailər "STEAM İNNOVASİYA MƏRKƏZİ"NDƏ

2A, 2B, 3B, 4A sinif şagirdləri STEAM İNNOVASİYA MƏRKƏZİNDƏ oldular. Mərkəzdə şagirdlərin yaradıcılıq, innovasiya, problem həll etmə kimi 21-ci əsr bacarıqlarını inkişaf etdirmələrinə imkana verən robotika dərnəyi fəaliyyət göstərir.
Şagirdlər ibtidai siniflərdən başlayaraq öz yaş qruplarına uyğun Lego setləri ilə işləyərək öz robotlarını hazırlama və proqramlaşdırma imkanı əldə edir. Şagirdlər həmçinin daha WEDO setləri ilə proqramlaşdıra bildikləri robot dizaynlarını layihə halına sala bilirlər. Bu layihələri ölkə və beynəlxalq səviyyədə yarışlara çıxarırlar. Onlar, innovasiya, yaradıcılıq, komanda işi və vaxtın idarə olunması kimi bacarıqları bu layihələrdə daha tez mənimsəyirlərlər.