Liseyimizdə "Xocalı harayı" adlı tədbir keçirilib

24.02.2023-cü il tarixində Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə liseyimizdə tədbir keçirildi. Tədbirdə liseyin direktoru, direktor müavinləri, pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himniylə başlayıb. 1 dəqiqəlik sükutdan sonra liseyin 10A sinif şagirdi Nurcan Sandal Xocalı faciəsidən bəhs edərək xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Daha sonra liseyin şagirdləri faciə qurbanlarına həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbiri tərtib etdi:Parlament üzvləri
Musiqi müəllimi:Təranə Rəsulova