"Qan yaddaşımız" mövzusunda xüsusi dərslər

24.02.2023-cü il tarixində liseyimizdə "Xocalı soyqırımının 31 -ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən xüsusi dərslər keçirilib. Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnarə Hacıyeva 6B və 6C siniflərində Xocalı soyqırımının xalqımıza yaşatdığı acılardan danışaraq, şagirdlərə vətənə, doğma torpağıməza məhəbbət hisləri aşılayıb. Şagirdlər də öz növbəsində hazırladığı slaydlarla öz fikirlərini bildiriblər.

Tarix müəllimi Musa Quliyev 8B sinfində şagirdlərə Xocalı faciəsinin təfərrüatları barədə məlumat vermiş, insanlığa qarşı törədilmiş bu qanlı cinayətin heç bir zaman yaddaşlardan silinməyəcəyini vurğulamışdır.

İngilis dili müəllimi Nuriyə Əliyarova Xocalı soyqırımını əks etdirən slaydlar hazırlayıb, ermənilərin hətta uşaqlara qarşı amansızlıqlarından bəhs edib. Sonda şagirdlərin suallarını cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi