10A sinif şagirdləri Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fotosərgidə

Fevralın 24-də "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşovun təşəbbüsü ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fotosərgi keçirildi. Liseyimizin 10A sinif şagirdləri sərgini diqqətlə izləyib,tarixin ağır və məşəqqətli səhifələrini vərəqlədicə bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ağır cinayətlərdən biri olduğuna bir daha əmin oldular. Liseyimizin şagirdi İsmayıl Vəliyev çıxış edərək bildirdi ki, erməni təcavüzkarları tərəfindən Xocalının məzarlığa çevrilməsi vandalizmin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə, insanlığına qarşı zorakılıq aktıdır: "Azərbayca gəncliyi qan yaddaşımızda silinməz iz qoyan Xocalı soyqırımını heç vaxt unutmayacaq, həlak olan insanların əziz xatirəsini dərin ehtiramla yad edəcək".