Xocalı soyqırımı- Xüsusi dərs

16 Nömrəli Texniki-Humanitar Liseyin azərbaycan dili və ədəbiyyatı müəllimi Gülmira Hüseynova 5A sinfində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərs keçib. İlk öncə şagirdlər Xocalı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. G.Hüseynova Xocalı soyqırımında ermənilərin xalqımızın başına gətirdiyi bəlalardan danışıb. Daha sonra şagirdlərin Xocalı soyqırımı ilə bağlı fikirləri dinlənilib, hazırladıqları slaydlarla erməni vəhşiliyini, vandalizmini göstəriblər. Sonda xocalı kədərini hiss etdirən şeirlər səsləndiriblər