"Ana dili aylığı"-"Şuşa" adlı kitabın müzakirəsi

Kitabxana müdiri Samirə Rzayeva və Mətanət Süleymanovanın təşkilatçılğı ilə 4A sinfinin şagirdləri "Ana dili" aylığı çərçivəsində Bəhram Bağırzadənin uşaqlar üçün yazdığı "Şuşa" adlı kitabdan müxtəlif əsərlər müzakirə ediblər. Hər uşaq bir əsər müzakirə edərək Azərbaycanın musiqili şəhəri hesab edilən Şuşada bir çox məşhur bəstəkar, müğənni və musiqiçilərin andan olduğunu bildiriblər. Həmçinin bu şəhərdə zəngin rəsm və şəbəkə ilə bəzədilmiş gözəl evlər tikildiyini, xalçalar toxunduğunu qeyd ediblər.