"Hissələr, Kəsrlər" mövzusunda açıq dərs keçirildi

Liseyimizdə ibtidai sinif müəllimi Mətanət Süleymanova “Açıq dərs” təşkil etdi. “Hissələr, kəsrlər” bölməsinə aid olan "Açıq dərs" 4A sinif şagirdləri ilə birlikdə keçirildi. “Açıq dərs” də direktor, direktor müavinləri, müəllimlər iştirak etdilər. M,Süleymanova elektron vəsaitlərdən istifadə edərək slaydlardan toplanmış materiallar əsasında mövzunu şagirdlərin bilavasitə iştirakı ilə interaktiv şəkildə izah etdi. Daha sonra isə şagirdlər onlara lövhədə verilən tapşırıqları həll etməyə başladılar. "Açıq dərs" müəllim heyəti tərəfindən maraqla izlənildi.