"Ana Dili Aylığı"-Xurşidbanu Natəvan əsərinin təhlili

"Ana Dili Aylığı"-Xurşidbanu Natəvan əsərinin təhlili

Ana dili aylığı çərçivəsində bu dəfə İlyas Əfəndiyevin Xurşidbanu Natəvan əsəri təhlil olundu. Əsərin tamaşasını Azərbaycan Dövlət Dram teatrında izləyən 8C sinif şagirdləri mütaliə zamanı real səhnədən də məsəllər gətirərək XIX əsr Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu xanımı, Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verərək bildirdilər ki, Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Azərbaycan dili və ədəbiyyat müəllimi İ.Cabbarova Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında, həm də mənsub olduğu soyun, kökün böyük təsirindən bəhs etdi. Şagirdlər həmçinin Xurşidbanu Natəvanın Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil etməsi barədə məlumat verərərək bildirdilər ki, şairə yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunmuşdur. Sonda şagirdlər Xurşidbanu Natəvanı bir hökmdar və xeyriyyəçi şəxsiyyət kimi müasir dövrlə müqayisə edib müxtəlif fikirlər də səsləndirdilər.

Təşkil etdi:

Kitabxana müdiri S.Rzayeva

Azərbaycan dili və ədəbiyyatı müəllimi İ.Cabbarova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi