8C "Xurşidbanu Natəvan" tamaşasında

16 Nömrəli Texniki-Humanitar liseyin 8C sinif şagirdləri, kitabxana müdiri Samirə Rzayeva, azərbaycan dili və ədəbiyyatı müəllimi İlhamə Cabbarovanın təşkilatçılığı ilə Akademik Milli Dram Teatrının möhtəşəm səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşasını seyr ediblər. Tamaşada doğma və füsünkar Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi canlandırılmışdı. Tamaşanı izləyən şagirdlər bir daha vətən sevgisinin, xalq məhəbbətinin bütün istək və duyğulardan yüksəkdə dayandığının şahidi oldu.