"Qürurla Yad Edilənlər"

19.01.2023-cü il tarixində 16 Nömrəli Texniki-Humanitar Liseydə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış Yanvar faciəsinə həsr olunmuş "Qürurla Yad edilənlər” adlı anım tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb daha sonra 1 dəqiqəlik sukutla ŞƏHİDLƏRİMİZ yad edilib. Liseyin 10A sinif şagirdi Nurcan Sandal bu qanlı faciə haqqında məlumat verərək tədbiri açıq elan edib. Daha sonra 7A sinif şagirdi İnci Hüseynli Qanlı Yanvarın qurbanlarından olan Larisa, İlqar və Ülvi Bünyadzadənin həyatı haqqında olan slaydı təqdim edib. Sonda liseyin şagirdlərinin ifasında qəmgin musiqi sədaları altında şeirlər səsləndirilib.

Tədbiri təşkil etdi: Təşkilat işləri üzrə direktor müavini Aytac Salahova və liseyin musiqi müəllimi Təranə Rəsulova.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi