"Peşəkarlıq Yolunda"

Hər bir uşağın həyatda düzgün mövqe tutmasında məktəb mühiti danılmazdır. Evdə valideyin tərbiyəsi və məktəbdə verilən elm, təhsil birgə şəklildə şagirdlərin düzgün ixtisas və peşə seçiminə, gələcəkdə uğurlu karyera qurmasına dəlalət edir. Bu məqsədlə liseyimizdə 8-9-cu sinif şagirdləri üçün “Peşəkarlıq Yolunda” adlı tədbir keçirildi. Tədbirdə liseyimizin və Bakı Dövlət Universitetinin tarix müəllimi Gülnarə Abidi, liseyimizin valideyni və London School Of Azerbaijan kursunun direktoru Nigar Məmmədova, Dövlət Yol Patrul xidmətinin baş leytnatı Ramil Abbasov çıxış edərək insan həyatında düzgün ixtisas seçiminin müsbət, yanlış ixtisas seçiminin mənfi tərəflərindən çıxış edərək şagirdləri məlumatlandırdılar. Həmçinin insanın iş həyatında baş vermiş uğursuzluğunun yeni başlanğıclara yol açdığnı vurğulayaraq tutduqları yolda heç bir zaman həvəsdən düşməməyi məsləhət verdilər. Tədbirdə həmçinin Peşəkar Psixologiya Mərkəzinin direktoru Nuriyyə Quliyeva da iştirak etdi. N.Quliyeva şagirdlərlə psixoloji test apararaq onların daxili maraq və istəklərini üzə çıxartdı. Daha sonra ixtisas seçimində tərəddüd edən şagirdlərə düzgün istiqamət verdi.