Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirildi.

12.12.2022-ci il tarixində 16 Nömrəli Texniki-Humanitar Liseydə tarix müəllimi Gülnarə Abidinin təşkilatçılığı ilə Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü qeyd edildi. Tədbirdə məktəbin direktoru Ülviyyə İsmayılova, direktor müavinləri, müəllim kollektivi və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, musiqilər səsləndirdilər. Qeyd etdilər ki, Heydər Əliyev nüfuzu, qətiyyəti və siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizin yaradıb möhkəmləndirmək qüdrətinə malikdir. Sonda direktor Ü.İsmayılova çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı, biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.