"Bilik Yarışması"

23.12.2022-ci il tarixində 16 Nömrəli Texniki-Humanitar Liseydə fizika fənnindən 8-ci siniflər arasında "Bilik Yarışması" keçirildi. Yarışma Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra fizika müəllimi Gülyanaq Hüseynova çıxış edərək bildirdi ki, yarış 4 raunddan ibarətdir: "Birinci raund düsturlardan ibarət kartlarla damino oyunu. İkinci raund 12 sualdan ibarət krossvord oyunu.
Üçüncü raund düsturlarla (5 dəqiqə ərzində daha çox düstur yazmaq) oyun. Dördüncü raund qrafiki məsələlər həlli". Yarışın sonunda qalib komandalara Fəxri fərmanlar verilib.