Texnoloji gələcəyi qur - Robototexnika və mühəndislik Laboratoriyası.

9.12.2022-ci il tarixində 16 nömrəli Texniki-Humanitar Liseydə VI Qrant Müsabiqənin qalibi olan "Texnoloji gələcəyi qur - Robototexnika və mühəndislik Laboratoriyası" layihəsinin açılışı oldu. Layihədə 5 əməkdaş məktəbin 30 №li tom, 61№li, 2 №li THL, 70 №li və MLK-nın direktor və müəllim heyəti, həmçinin Mars Akademy -nın direktoru İlyas Kərimov və təlimçi Günel xanım iştirak etdilər. Layihənin açılışını edən liseyin direktoru Ü.İsmayılova layihənin zamanın tələbinə uyğun olduğunu, şagird və müəllimlər üçün yeni bilik və bacarıqlar, yeni imkanlar açdığını vurğuladı. Açılışda iştirak edən BŞTİ-nin İnkişaf layihələri sektor müdiri Sevinc Əzimova Qrant müsabiqələrinin təhsilimizə verən imkanlar barəsində, hətta mümkün olmayan, yaxud çətinliklə əldə edilən bilik və bacarıqlara yiyələnmək üçün uğurlu bir seçim olduğunu bildirdi. Daha sonra Mars Akademy -nın direktoru İlyas Kərimov iştirakçılara təlim haqqında qısa məlumatlar verib, uğurlar arzuladı.

Daha sonra müəllimlər öncədən müəyyən edilmiş otaqlarda təlimlərə başladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi