"Miniatür Kitab Muzeyi"nə ekskursiya

16 Nömrəli Texniki-Humanitar Liseyin 2A və 2B sinfinin rəhbərləri Aynurə Zülfüqarova və Ayişə Qarayevanın təşkilatçılığı ilə "Kitab aylığı" çərçivəsində şagirdlər "Miniatür Kitab müzeyi"nə ekskursiya ediblər. Şagirdlər muzeydə olarkən vitrinlərdə düzülmüş
çeşidli, rəngarəng və müxtəlif mövzularda olan kitablara maraqla baxıblar. Muzeyin əməkdaşı muzey və türkçülüyün əsl təcəssümü olan “Kitabi-Dədə Qorqud”, “Qurani-Kərim”, “Koroğlu” kitabları haqqında da məlumat verib. Həmçinin bildirib ki, sərgilənən kitablar ölkənin indiki və əvvəlki dövlət başçıları barəsində yazılan kitablardır. Sonda şagirdlərin hər birinə mini kitab hədiyyələri verilib.