Uşaqların sevimli yazarı Reyhan Yusif qızı ilə görüş

Bugün liseyimizdə Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızı ilə məktəblilərin görüşü keçirildi. Uşaqlar öz sevimli yazılçıları ilə görüşə böyük həvəs və sevinclə gəlmişdilər.Liseyin 5-ci sinif şagirdləri yazıçının “Yaşılgözlü qız “ əsərindən bir parçanı səhnələşdirmiş, yadplanetli Lemi və onun başına gələnləri öz dostlarına çatdırmaq üçün balaca aktyorlar kimi çıxış etmişlər. 2-ci sinif şagirdləri isə müəllifin “Dostum Mimi” adlı əsərindən bir parçanı nümayiş etdirdilər. Reyhan xanımla Mimi adlı siçan obrazı haqqında maraqlı söhbətimiz də oldu. Yazıçı əsərdəki siçan üzərində eksperiment aparan professor obrazı ilə böyük alimimiz Lütfizadənin obrazını yaratdığını söyləyərkən biz də “Lütvizadənin Azərbaycanda oxuduğu həmin məktəbin qonağısınız “ dedik . Şagirdlər Reyhan xanıma xeyli suallar verdilər ,öz sevimli kitablarına müəllif imzası aldılar, xatirə şəkli də çəkdirdilər! İnanıram ki, bu maraqlı görüş onların yaddaşında xoş xatirə kimi qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi