Valideyn-Müəllim-Şagird üçbucağı-"Məktub yetişmədi" hekayəsinin təhlili

09.12.2022-ci il tarixində liseyin kitabxana müdiri Samirə Rzayeva və 6C sinfinin azərbaycan dili və ədəbiyyatı müəllimi Elnarə Hacıyevanın təşkilatçılığı ilə məktəbin akt zalında A.Şaiqin "Məktub yetişmədi" hekayəsinin müzakirəsi təşkil olundu. Bu dəfə konsepsiyaya dəyişiklik olaraq hekayəni şagirdlərə 6C sinfinin valideyinləri Gülsüm Abdullayeva və Samirə Əhmədova oxudular. Daha sonra Elnarə müəllimə hekayənin ideyasını müəyyənləşdirmək üçün şagirdlərlə sorğu-sual edərək müzakirəyə başladı. "Məktub yetişmədi" hekayəsinin əsasında insan konsepsiyası dayanır, burada əks olunan bütün başqa təfərrüatlar - dövr, mühit, obrazlar əsərin əsas qayəsinin fövqündə dayanan, ona yardımçı olan detallardır. Əsas məsələ Qurbanın kimliyi, nə işlə məşğul olması, harada yaşaması yox, onun mənəvi dünyası, nakam arzuları, puça çıxmış xəyallarıdır. Neft quyusu qazan Qurban ailəsinin xoşbəxtliyi, övladlarının korluq çəkməməsi üçün hər cür əziyyətə dözür, nəhayət həyatını fəda edir. Müzakirə zamanı şagirdlərin fikirlərindən aydın oldu ki, Qurban obrazı onun ailəsinin faciəsi onlara daha çox təsir etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi