"Bədii Sözün Sehri" adlı intellektual "Bilik Yarışması"

14.12.2022-ci il tarixində 16 Nömrəli Texniki-Humanitar Liseydə kitabxana müdiri Samirə Rzayeva və uşaq birliyi rəhbəri Zarema Hüseynovanın təşkilatçılığı ilə 7,8,9-cu siniflər arasında ədəbiyyat fənnindən “Bədii Sözün Sehri” adlı intellektual Bilik Yarışması keçirilib. Liseyin azərbaycan dili və ədbiyyatı müəllimi Afaq Nəbiyeva çıxış edərək bildirib ki, yarışma 2 tur, 20 sual və 5 komandadan təşkil olunub. Yarışda iştirak edən şagirdlər püşk atma yolu ilə “Xəmsə”, “Povest”, “Hekayə” və “Müxəmməs” komandalarında yer alıbar. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra yarışmaya start verilib. 1-ci raunddan sonra liseyin 5B sinif şagirdi Fatimə Məcidova “Bakı” mahnısını səsləndirib. Tədbirdə tədris, təlim-tərbiyə və təşkilat işləri üzrə direktor müavinləri də iştirak edib. Sonda birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplomlar verilib.