"İrsi xəstəliklər"

07.12.2022-ci il tarixində liseyimizdə "İrsi xəstəliklər” mövzusunda tədbir keçirildi. Tədbir musiqi müəllimi Təranə Rəsulovanın musiqi terapiyası ilə başladı. Daha sonra tədbirin təşkilatçısı biologiya müəllimi Gülnarə Xəlilova "İrsi xəstəliklər”in (hemofiliya, talassemiya) ana-atadan uşağa xromosom və genlər səviyyəsində irsi olaraq ötürülməsi və sonradan yaranan xəstəliklər haqqında şagirdlərə geniş məlumat verdi. Həmçinin şagirdlər də hazırladıqları slaytlarla tədbirdə iştirak etdi.