Dənizin suyu niyə duzludur?

Liseyimizdə "Kiçik Akademiya"nın bir qolu olan ibtidai siniflərdə tədqiqat işi keçirildi. Tədqiqat işini 2A sinfinin rəhbəri Aynurə Zülfüqarova hazırladı. Şagirdlər həyat bilgisi fənnində tədqiqatı necə aparmaq lazımdı? Yeni bilikləri necə əldə etmək olar? Onlar necə analiz olunur? Şagirdlər sorğu aparmaqla, müxtəlif mənbələrdən kitablardan, internet resurslarından, məktəbimizin coğrafiya müəllimi Nuranə Gürşadlıdan öyrəndiklərini əl işləri, təqdimat və təcrübələrlə nümayiş etdirdilər.