"Məktəbli təşkilatçılar"

08.12.2022-ci il tarixində "Şagird parlamenti" üzvlərinin iclası keçirildi. Liseyin direktoru Ülviyyə İsmayılova parlament üzvlərini təbrik edib vəzifələri haqqında məlumat verərək əsas məqsədinin şagirdlərdə məktəb çağından özünüifadə, təşkilatçılıq və liderlik qabiliyyətini formalaşdırmaq olduğunu bildirdi. Seçilən namizədlərə dəstək olacağını və məktəb üçün uğurlu nəticələr əldə edəcəklərinə inandığını vurğuladı.