"Dəli Kür" əsərinin təhlili

"Kitab aylığı" çərçivəsində lseyimizin kitabxana müdiri Samirə Rzayeva, azərbaycan dili və ədəbiyyatı müəllimi İlhamə Cabbarovanın təşkilatçılığı ilə İ.Şıxlının "Dəli Kür" əsərinin təhlili mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada X"A" və XI"A" sinif şagirdləri iştirak etdilər. Əsəri oxuyan və filmlə tanış olan şagirdlər Cahandar ağa və digər obrazlar haqqında müxtəlif fikirlər söylədilər. Onların müsbət və mənfi xüsusiyyətlərini təhlil etdilər.