"Kitab Aylığı"

01.12.2022-ci il tarixində kitabxana müdiri Samirə Rzayeva liseyimizdə “Kitab aylığı” elan etdi. Aylığın keçirilməsində məqsəd şagirdlərin mənəvi aləmini zənginləşdirmək, dünyagörüşü və bilik dairəsini genişləndirmək, mütaliə bacarığını formalaşdırmaqdı.
Bunun üçün siniflər üzrə kitablar şagirdlərə öncədən paylanılıb.Həmçinin aylığın keçirilməsinə liseyimizin valideyinləri də cəlb edilib. Aylıq çərçivəsində şagirdlərin mütailə həvəsini daha da artırmaq üçün uşaqların sevimli yazarı Reyhan Yusifqızı liseyimizə dəvət olunub.