"Qarabağımızı tanıdaq"

16 Nömrəli Texniki-Humanitar Liseydə "Zəfər Günü"nə həsr olunmuş “Qarabağı tanıt” şüarı altında tədbir keçirilib.
İbtidai sinif müəllimi Aynurə Zülfüqarovanın təşkil etdiyi tədbirdə məktəbin direktoru Ülviyyə İsmayılova, təlim tərbiyə və təşkilat işləri üzrə direktor müavinləri, müəllim heyəti və şagirdlər iştirak edib. Tədbirin əsas şüarı Qarabağın əsrarəngiz təbiətini, Azərbaycanın mədəniyyət payaxtı olan Şuşanı, həmçinin Qarabağın təamlarını şagirdlərin diliylə təbliğ etməkdir.
Həmçinin tədbirdə şagirdlər hazırladıqları şeir, rəqs və mahnları ifa ediblər.