Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbir

Azərbaycan Respublikası Prezidenti 20 aprel 2022-ci il tarixli “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır.

Bu münasibətlə məktəbimizdə tədbir keçirildi. Qeyd edək ki, tədbir kitabxana müdiri Samirə Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova tərəfindən 10A sinfinin şagirdləri ilə keçirilmişdir. Tədbirdə eyni zamanda məktəbin direktoru Ülviyyə İsmayılova, təşkilat işləri üzrə direktor müavini Aytac Salahova, da iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. Daha sonra Əhməd Cavadın həyatı və çoxcəhətli fəaliyyəti haqqında məlumat verilib, onu böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə ediblər. Vurğulanıb ki, Əhməd Cavad vətəninə, elinə, bütövlükdə türk dünyasına bağlı əsl mücahid olmuş, türkçülüyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən böyük təhlükə kimi qələmə verilmişdir. Bu səbəbdən də vətənə sevdalı şair amansız 1937-ci il repressiyasının qurbanı olmuşdur. Həmçinin vurğulanıb ki, şairin sovet əsarətinə qarşı haqlı mübarizəsi onun şeirlərində tam dolğun şəkildə əksini tapmış, dərin vətənpərvərlik duyğuları yüksək ustalıqla ifadə olunmuşdur. Əhməd Cavad təkcə şeir yazmaqla kifayətlənməmiş, tərcümə fəaliyyəti ilə məşğul olmuş, bir sıra məsul vəzifələri uğurla yerinə yetirmişdir. Eyni zamanda Əhməd Cavadın milli istiqlal mücadiləsində mühüm rolundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətindən bəhs edilib, Onun Azərbaycan bayrağını, istiqlalımızı tərənnüm etdiyi, həmçinin sonrakı dövrlərdə vətən nisgilli şeirlərindən nümunələr gətirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi