18 Oktyabr- Müstəqillik gününə həsr olunmuş bilik yarışması

Bildiyiniz kimi 18 Oktyabr Azərbaycan Respublikasının "Müstəqillik Günü"dür.Bu münasibətlə məktəbimizdə "Bilik yarışması" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı.Daha sonra təşkilat işləri üzrə direktor müavini Aytac Salahova çıxış edərək "Bütün dövrlərdə hər bir xalqın əsas istəyi müstəqilliyini əldə etmək olub.Biz çox xoşbəxt millətik ki,öz müstəqilliyimizi məhz ulu öndər Heydər Əliyevin uzaqgörən,müdrik siyasəti nəticəsində əldə etmişik.Heydər Əliyev hər çıxışı zamanı "Biz müstəqilik,biz azadıq,biz heç kimdən asılı deyilik,biz öz taleyimizin sahibiyik" deyirdi.Bizdə çalışmalıyıq ki,öz müstəqilliyimizi qoruyaq və gənc nəsillərə layiqincə ötürək sözlərini qeyd etdi.Yarişmanı təşkil edən məktəbin kitabxana müdiri Rzayeva Samirə və tarix müəlliməsi Allahyarova Səfa yarış haqqında məlumat verərək bildirdi ki, yarışma 2 tur,28 sual və 5 komandadan təşkil olunub.Qeyd edək ki,qaliblər diplomlarla təltif olundu.Tədbir 7b sinif şagirdi Qafarova Nazanın "Mən Azərbaycanlıyam" ifası ilə başa çatdı.