"8C" sinfi Baku Expo Mərkəzdə,"8-ci Beynəlxalq Kitab Sərgisi"ndə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2022-ci il, 5-9 Oktyabr tarixində Bakı Ekspo mərkəzində, 8- çi Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası keçirilir.Sərgi-Yarmarka zamanı 5 gün boyunca çoxsaylı yerli və xarici nəşriyyatlar,poliqrafiya müəssisələri və kitab evlərinin iştirakı gözlənilir.İştirakçılar Sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək,satmaq,yerli və xarici nəşriyyatlar,müəlliflər və milli nəşriyyat- poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq,müqavilələr bağlamaq imkanı qazanacaqlar.Sərginin məqsədi yerli əhali arasında mütaliə mədəniyyatin təşviqi Kitab biznesinin inkişafı Sərgi ziyarətçilərinə məlumat verməklə müasir ədəbiyyatın və müəlliflərin təbliğatı.Ünsiyyət və təcrübə mübadiləsi vasitəsilə gənç yazıçıların bilik və bacarıq səviyyələrinin artırılması.Qeyd edək ki,sərgidə 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri də iştirak edib.