27 Sentyabr- Anım Günü

27 Sentyabr -Anım Günü ölkəmizin hər yerində olduğu kimi liseyimizdə də dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur.Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyərək onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdləri Vətən müharibəsi və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər.