Yay məktəbində "Təbiət bizim evimizdir" dərsi

Liseyimizdə təşkil olunan Yay məktəbində şagirdlərimiz olduqca fəal iştirak edirlər.2C sinfinin ibtidai sinif şagirdləri üçün də yay məktəbi maraqlı və əyləncəli anlarla yadda qalıb.Liseyimizin ibtidai sinif müəllimi Türkan Əliyevanın təşkilatçılığı ilə şagirdlərlə birgə "Təbiəti qoruyaq" layihəsi həyata keçirilib.Şagirdlər məktəb həyətində ağaclara öz hazırladıqları quş yuvalarını asmış,quşların rahat qidalanması üçün yuvalara dən tökmüşlər.Daha sonra əyləncəli konkurslar həyata keçirilib.Sual-cavab rubrikasında şagirdlər doğru-yanlış cavab kartlarından istifadə edərək sualları cavablandırdılar.Sonda qalib gələn şagirdlər mükafatlandırıldı.Beləcə yay məktəbində 2C sinif şagirdləri "Hər fəsildə öyrənək"devizini üstün tutaraq maraqlı,yaddaqalan və olduqca əyləncəli anlar yaşadılar.