Yay məktəbliləri STEAM -də ustad dərsləri keçdilər

Yay məktəbində keçirilən əyləncəli dərslərdən biri də STEAM dərsləri oldu. 22.06.22 tarixində keçirilən dərsdə 6-cı sinif şagirdləri iştirak etdilər. Onlar tinkerkard proqramı ilə təyyarə forması düzəldərək 3D printerdə çap etdilər. Daha sonra elektrik mühəndisliyi dəsti ilə müxtəlif təcrübələr həyata keçirdilər. Ümumiləşdirilmiş tapşırıqlar həyata keçirən uşaqlar gələn ilki dərsləri daha çox həvəslə gözlədiklərini bildirdilər.