Yay məktəbində bədii əsər müzakirəsi

19.06.22 tarixində liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Hacıyeva yay məktəbi layihəsində şagirdlərlə birgə Cənubi Azərbaycanın görkəmli nasiri, uşaq ədəbiyyatının təməlini qoyan yazıçılardan olan Səməd Behrənginin “Balaca qara balıq” əsərinin təhlili keçirmişdir. Cənubi Azərbaycanda inqilabın manifesti hesab olunan əsəri böyük maraqla mütaliə edən şagirdlər müxtəlif fikirlərlə müzakirədə çıxış etdilər. Balaca qara balığın müti mühitdən xilas olmaq mübarizəsini dəyərləndirən uşaqlar, M.Ə.Sabirin şeirlərini, "Molla Nəsrəddin" jurnalının karikaturalarını yada salaraq müqayisələr apardılar. Sonda Səməd Behrənginin nağılları ilə tanış oldular, “Yeddi qardaş, yeddi bacı” nağılını oxuyub fikirlərini bildirdilər.