"Son zəng"lə məzunlarımızı yola saldıq

14.06.2022-ci il tarixində liseydə “Son zəng “çalındı.Liseyin məzunları,Müəllim və valideynlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə liseyin direktoru Ülviyyə İsmayılova məzunları təbrik etdi,onlara xoş arzularını bildirdi.Sonra liseyin fəxri məzunlarını qaziləri iştirakçılara ntəqdim etdi. Tədbirdə məzunların rəqs və mahnıları ,şeirləri ,ürək sözləri hamıya kövrək anlar yaşatdı. Qazandığı nailiyyətlərə görə məzunlara diplom və təşəkkürnamələr təqdim olundu. Valideynlər və digər qonaqlar da məzunlara ürək sözlərini çatdırdılar.”Son zəng”in çalınması ilə tədbir sona çatdı.