Şagirdlər Formula 1 yarışlarını maraqla izlədilər

12 iyun 2022 tarixində liseyin istedadlışagirdləri Formula 1 yarışlarını izləyiblər. Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin müxtəlif təhsil müəssisələrindən istedadlı şagirdlər Formula 1 Azərbaycan-Qran Prisini izləmək üçün dəvət olunub.Layihənin məqsədi məktəblilər arasında avtoidman yarışlarına marağı artırmaq, onları daha da maarifləndirməkdir. Azarkeşlərlə birgə yarış həyəcanını yaşayan çoxlu sayda məktəbli bu mötəbər tədbirin bir hissəsi olub.Liseyimizin qabaqcıl şagirdləri də bu yarışları izləmək üçün dəvət olunub.Olimpiada qalibləri olan,buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən ,STEAM Azərbaycan layihəsinin qızıl medalını qazanmış şagirdlər yarışları izləmək üçün seçilmişlər.
Hədəf məktəbliləri kiçik yaşlarından bu kimi dünya əhəmiyyətli sürət yarışını yaxından izləmələrinə imkan yaratmaqla yanaşı, onlarda Formula 1 yarışlarına daha çox maraq oyatmaq və gələcəyin Formula 1 pilotunun yetişməsinə dəstək olmaqdır.