"Şuşa tarixi xəzinəmiz" adlı viktorina keçirildi

Şuşa ili münasibəti ilə keçirilən silsilə tədbirlərdən biri 10 iyun tarixində baş tutan "Şuşa tarixi xəzinəmiz" adlı viktorina oldu. Liseyin müxtəlif siniflərindən təşkil olunan 4 komanda yarışda iştirak edirdi. Şuşanın tarixi mövzulu suallar əsasında keçirilən viktorinanın sonunda 2 kamanda eyni xal hesabı ilə birinciliyi bölüşdülər. Bu cür tədbirlərin keçirilməsi tarixi torpaqlarımızın keçmişi, infrastrukturu, coğrafi əhəmiyyəti, bu torpaqların yetişdirdiyi dahi şəxsiyyətlərin həyat və yaradıcılığını öyrənmək baxımından əhəmiyyətlidir.