Şagirdlər peşə festivalında

        Nəsimi rayonu ərazisində yerləşən “Qış parkında” “Öyrən, əylən, peşəni seç” devizi ilə Peşələr Festivalı keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd festival iştirakçılarına peşələr üzrə inkişaf yolu tapmaqda dəstək göstərmək, onların gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmələrindən ibarətdir.

    Festivalda  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil nazirinin müavini İdris İsayev, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Kiçik və Orta Biznesin inkişafı agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər. Festivalda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri festivalda əmək bazarına qatılmaq və onlara ixtisas potensiallarını sınamaq imkanlarının yaradıldığını qeyd etdi.“Öyrən, Əylən, Peşəni seç” devizi ilə reallaşan layihənin yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığı, həmçinin peşələrə marağın artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndirərək bu kimi tədbirlərin peşə seçimində, karyera inkişafında rolunun vacibliyini vurğulayıblar.Festivalda liseyin 9-11-ci sinif şagirdləri də iştirak ediblər.

            Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə professional ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib. Təşkilatçıların hazırladığı maraqlı və rəngarəng musiqi proqramı tədbirə rəng qatıb.Şagirdlər festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi