Narkomaniyaya qarşı şagirdlərlə maarifləndirici görüş

03.06.2022-ci il tarixində Nəsimi Rayonu 22-ci Polis şöbəsinin əməkdaşları liseydə 8-11-ci sinif şagirdlərilə narkomaniyaya qarşı maarifləndirici görüş keçirdilər. Görüşdə narkomaniyanın tarixindən ,narkotik maddələrin növlərindən ,onların istifadəsinin insan həyatına və sağlamlığına olan mənfi təsirindən,acı nəticələrindən ,belə maddələrin qanunsuz istifadəsindən və qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirlərindən və s.geniş məlumat verdilər,maraqlı müzakirələr apardılar. Görüşdə şagirdlər də çox fəal iştirak etdilər. Diskussiya şəklində baş tutan tədbirdə polis əməkdaşları şagirdlərin xeyli suallarını cavablandırdılar.Görüşün sonunda liseyin direktoru Ülviyyə İsmayılova qonaqlara təşəkkürünü bildirdi,belə maarifləndirici söhbətlərin tez-tez aparılmasına böyük ehtiyacın olduğunu söylədi.