Qobustana ekskursiya təşkil olundu

         27.05.22 tarixində məktəbin şagirdlərinin Qobustan tarixi qoruğuna ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdləri xalqımızın tarixini özündə daşıyan eksponatlar, qayaüstü rəsmlərlə tanış etmək idi. Belə ki, Qobustan Dövlət tarixi bədii qoruğu açıq səma altında muzeydir. Qoruğun fondunda 105 000 - dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanılır. Burada saxlanılan ov və əmək alətləri , məişət əşyaları və s . daş dövrünün əmək alətləri, əsasən çay daşı , çaxmaq və sümükdən hazırlanmış əşyalarla tanış olan şagirdlər bələdçilər tərəfindən geniş məlumatlandırılmışlar.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1966 - cı ildən Qobustan Dövlət tarixi - bədii qoruğu elan edildiyini , həmin ildən Qobustan qayaüstü rəsmləri dövlət tərəfindən qorunmasını,bu nadir qayaüstü rəsmlərin ancaq Qobustan tarixi bədii qoruğunda mövcudlluğunu şagirdlərin diqqətinə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi